MƏDƏNİYYƏT


BÖYÜK RƏHBƏRİN XATİRƏSİNƏ LAYİQLİ HƏDİYYƏ

AZƏRTAC-ın müxbiri xəbər verir ki, “XXI əsr Yeni Nəşrlər Evi”ndə şair, millət vəkili Zəlimxan Yaqubun ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” kitab-poeması nəfis tərtibatla çapdan çıxmışdır.

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialında poemanın müzakirəsi keçirilmişdir. Şair İsmayıl İmanzadə, tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri namizədi Rüstəm Kamal, xalq artisti Zülfüqar Abbasov əsərin bədii-poetik, ictimai-siyasi məziyyətlərindən danışmış, poemanı böyük rəhbər və dahi şəxsiyyətin xatirəsinə layiqli hədiyyə kimi qiymətləndirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.