DÜNYA
BÖYÜK VƏTƏN MÜHARİBƏSİ HAQQINDA KİTABLAR QƏLƏBƏNİN 60 İLLİYİ MÜNASİBƏTİLƏ YENİDƏN NƏŞR OLUNACAQ
Qələbənin 60 illiyinə hazırlıq çərçivəsində MDB dövlətləri mətbuat orqanlarının redaksiyaları arasında yubileyə həsr edilmiş ən yaxşı jurnalist əsərləri üçün beynəlxalq müsabiqə keçirmək də nəzərdə tutulmuşdur.
Dövlətlararsı Şuranın iclasında MDB dövlətləri arasında çap məhsulunun qarşılıqlı mübadiləsinə əlverişli şərait yaradılması haqqında sazişin layihəsi də müzakirə olunmuşdur. Layihə, ümumən, bəyənilmişdir, lakin biliklərin yayılmasında və MDB ölkələri xalqlarının bir-birinə yaxınlaşmasında onun xüsusi əhəmiyyət daşıdığı nəzərə alınaraq, hər halda, işlənib başa çatdırılmağa göndərilmişdir ki, Dövlətlərarası Şuranın bu ilin oktyabrında keçiriləcək növbəti iclasında qəbul edilsin.
MDB dövlətlərinin leqal çap məhsulunun hüquqi sahiblərinin və istehsalçılarının qanuni mənafelərinin qorunmasında MDB-nin müvafiq orqanlarının qarşılıqlı fəaliyyəti üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul edilməsi bu istiqamətdə atılmış mühüm addım oldu. Bundan əlavə, sentyabrda keçiriləcək XVII Moskva beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində MDB dövlətlərinin beynəlxalq “Kitab sənəti” müsabiqəsini keçirmək haqqında da qərar qəbul edilmişdir.