BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI UNUDULMAMIŞLAR
AzerTAg.az
Rusiya Federasiyasının Bakıdakı səfirliyinə Böyük Vətən müharibəsi veteranlarından çoxlu minnətdarlıq məktubu gəlir. Bu il “Sağlamlıq” layihəsi həyata keçirilməyə başlamışdır. Yüzə yaxın müharibə veteranı, Moskva, Leninqrad şəhərlərinin müdafiəçiləri,- blokada şəhərinin sakinləri, Qafqaz uğrunda döyüşlərin iştirakçıları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin köməyi sayəsində Abşeronun ən yaxşı sanatoriyalarında dincəlmək və səhhətlərini yaxşılaşdırmaq imkanı əldə etmişlər.
Azərbaycanın Rus İcmasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sanatoriyalara göndərişlərin dəyərini Rusiya səfirliyi ödəmişdir. Veteranlar rahat nömrələrdə yerləşdirilmiş, həkimlər və xidmət işçiləri onlara diqqət və qayğı ilə yanaşmış və yaxşı müalicə etmişlər. Odur ki, veteranların səfir Nikolay Ryabova göndərdikləri çoxsaylı məktublar məhz bu sözlərlə başlanır: “Çox sağ olun. Böyük Vətən müharibəsi veteranlarını unutmadığınıza görə Sizə və Rusiyaya böyük ehtiramımızı bildiririk...”
Xəbərin mətnində orfoqrafik səhv var