Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BÖYÜK VOLQA YOLU MƏDƏNİ, İQTİSADİ MÜBADİLƏ VƏ DİALOQ YOLUDUR

BAKIDA “BÖYÜK VOLQA YOLU” BEYNƏLXALQ KONFRANSI KEÇİRİLMİŞDİR

Avqustun 7-də Bakı Əyləncə Mərkəzində YUNESKO, Avropa Şurası, İslam Konfransı Təşkilatı yanında İslam Tarixi, İncəsənəti və Mədəniyyətinin Öyrənilməsi Mərkəzinin himayəsi altında Kazan şəhərinin 1000 illiyinə həsr olunmuş “Böyük Volqa Yolu” adlı beynəlxalq konfrans keçirilmişdir.

Bakı dəniz limanında mehribanlıqla qarşılanan qonaqlar konfransdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları üzərinə çiçək dəstələri və Əbədi məşəl kompleksi önünə əklil qoymuşlar.

2001-ci ildən bəri sayca üçüncü ölan konfransı giriş sözü ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Abbasov açaraq demişdir ki, qitələrin və mədəniyyətlərin qovuşağında yerləşən Volqa çayı region xalqlarının taleyində müstəsna rol oynamışdır və oynayır. Bu çay tarix boyu Avropa ilə Asiya arasında bir körpü olmaqla yanaşı, region xalqlarının sülh və əmin-amanlıq şəraitində birlikdə yaşaması üçün zəmin yaratmışdır.Böyük Volqa Yolu regionda zəngin mədəniyyət ocaqlarının yaranmasına və inkişafına da güclü təsir göstərmişdir. İki ildən sonra 1000 illiyini qeyd edəcəyimiz Kazan şəhəri bunun bariz nümunəsidir.

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, zəngin tarixə və böyük dövlətçilik ənənələrinə malik olan Azərbaycanda bu gün ölkəmizin Prezidenti Heydər Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi islahatlar həyata keçirilir, regional əhəmiyyətli iri layihələr reallaşdırılır. Biz xarici siyasətimizdə region ölkələri ilə iqtisadi əlaqələrin inkişafını üstün istiqamət hesab edirik. Buna misal olaraq neft və qazın nəqli, enerji mübadiləsi, gəmiçilik və balıqçılıq kimi sahələrdə birgə həyata keçirilən layihələri göstərmək olar. Ümidvaram ki, “Böyük Volqa Yolu” konfransı ölkələrimizin iqtisadi inkişafının sürətlənməsinə, qarşılıqlı inteqrasiya proseslərinin dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin konfrans iştirakçılarına təbriki oxundu (Azərbaycan Respublikası Prezidentinin məktubu qəzetin 7 avqust nömrəsində dərc olunmuşdur). Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Avropa Şurasının Baş katibi Valter Şvimmerin, YUNESKO-nun Baş direktoru Konçiro Matsuuranın, Tatarıstan Respublikasının Prezidenti Mintemir Şaymiyevin təbrik məktubları da tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Kazan Xalq Deputatları Şurasının sədri, Kazan şəhər administrasiyasının başçısı Kamil İsxakov, İslam Konfransı Təşkilatı yanında İslam Tarixi, İncəsənəti və Mədəniyyətinin Öyrənilməsi Mərkəzinin baş direktoru Ekmeleddin İxsanoğlu, Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, xarici işlər naziri Vilayət Quliyev, mədəniyyət naziri Polad Bülbüloğlu, nəqliyyat naziri Ziya Məmmədov, RF xarici işlər nazirinin müavini Viktor Kalyujnı, Sankt-Peterburq Dövlət Universitetinin professoru Anatoli Kirpiçnikov, AMEA tarix institutunun əməkdaşı Hakim İsakov, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Şahin Bağırov, Rusiya Federasiyasının Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili Stanislav Çernyavski məruzə etmişlər. Natiqlər qeyd etmişlər ki, forum Kazan şəhərinin 1000 illiyinin bayram edilməsinə hazırlıq üzrə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sədrliyi ilə dövlət komissiyası tərəfindən təsdiq olunmuş proqramın əsas tədbirlərindən biridir və Böyük Volqa Yolu boyunca yerləşən şəhər və ölkələrin xalqlarının mədəniyyətlərarası dialoqunun, qarşılıqlı faydalı ticari-iqtisadi əlaqələrinin, regional və beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində, tarixi-mədəni irsinin öyrənilməsi və qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Onlar xüsusi vurğulamışlar ki, bu gün Bakı Azərbaycanın dəniz qapısı və Xəzərdə ən qədim iri beynəlxalq limanlardan biridir. Xəzəryanı ölkələrlə dəniz ticarəti əlaqəsi saxlayır, Volqa vasitəsilə dünya sularına çıxır. Bakı limanı Qara dənizdəki böyük limanları Mərkəzi Asiya respublikaları ilə birləşdirən əlaqələndirici vəsilə, Avropa-Qafqaz-Asiya dəhlizində (TRASEKA) mühüm nəqliyyat qovşağıdır. Şübhə yoxdur ki, Bakının böyük potensialı Böyük Volqa Yolunun və Şimal-Cənub nəqliyyat magistralının inkişafında öz əhəmiyyətli rolunu oynayacaqdır. Azərbaycan Respublikasının hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sədrlik etdiyi və onun sədrlik proqramının əsas istiqamətinin regional nəqliyyat-rabitə infrastrukturunun inkişaf və genişləndirilməsi ölduğu nəzərə alınsa, bu, Böyük Volqa Yolu dövlətlərinə daha sıx və məhsuldar əməkdaşlıq üçün qiymətli imkanlar yarada bilər. Daha sonra qeyd edilmişdir ki, Volqa-Xəzər yolu problemi müasir dövrün aktual məsələlərindən biridir. Problemin aktuallığı onunla əlaqədardır ki, bu yol dünyanın 35 ölkəsinin 90 şəhərini birləşdirir. RF və Azərbaycan Respublikasının dövlət müstəqilliyi illərində Volqa-Don və Volqa-Baltik kanalları sayəsində Azərbaycan gəmilərinin xarici sularda üzmə coğrafiyası genişlənmişdir. Hazırda Xəzər Dəniz Gəmiçiliyinin dünyanın 40-dan çox firması ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair sazişləri vardır. Bu gün quru yük daşıyan 22 gəmimiz xarici sularda üzür, dünyanın 134 limanına yan alır. Konkret olaraq Azərbaycan-Tatarıstan əlaqələrindən də danışılmışdır. Belə ki, dövlət müstəqilliyi illərində ölkəmizdə Tatarıstanın nümayəndəliyi açılmış, iqtisadi əlaqələr tamamilə yeni əsaslar-ikitərəfli müqavilələr əsasında qurulmuşdur. 1996-cı ilin noyabrında Tatarıstan Prezidenti Mintemir Şaymiyevin Azərbaycana səfəri zamanı iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq sahəsində sazişlər imzalanmışdır. Maşınqayırma sahəsində sıx əlaqələrimiz var. Tatar mütəxəssisləri “KamAZ” avtomobillərinin yığılmasında bizə kömək edir, “Oka” markalı azlitrajlı avtomaşınlar, ehtiyat hissələri göndərir, Tatarıstan isə Azərbaycandan neft avadanlıqları alır. Azərbaycan tatar diasporu üçün ikinci vətənə çevrilmişdir. Burada tatarların çoxsaylı ictimai, mədəni-maarif təşkilatları fəaliyyət göstərir. Həmin gün konfrans öz işini başa çatdırmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu