ELM VƏ TƏHSİL


“BP Azerbaijan” şirkəti AzMİU-da seminar keçirib

Bakı, 12 mart, AZƏRTAC

“BP Azerbaijan” şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tikinti-iqtisad fakültəsinin tələbələri üçün seminar keçirib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, sənayenin təşkili və idarə edilməsi kafedrasının və “BP Azerbaijan” şirkətinin birgə təşkil etdiyi seminardan öncə rektor Gülçöhrə Məmmədova şirkətin nümayəndələri ilə görüşüb. İşgüzar şəraitdə keçirilən görüşdə şirkətlə universitet arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Görüşdə universitetin strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova, sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva da iştirak ediblər.

Seminarda “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin “BP Azerbaijan” şirkətinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda məruzəsi dinlənilib. Vitse-prezident ümumilikdə şirkətin Azərbaycanda fəaliyyətə başladığı müddətdən bu günədək əməliyyatçısı olduğu dünya səviyyəli böyük layihələrdən söhbət açıb. Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılmasında əhəmiyyətli rol oynayan “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi” layihələrinin ölkə iqtisadiyyatına gətirdiyi faydalardan danışıb.

Fəal diskussiya şəraitində keçən seminarda vitse-prezident tələbələrin suallarını cavablandırıb, həmçinin onlarla mövzu ətrafında fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.