Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

BP Azərbaycan ilə əlaqələri genişləndirmək üçün yeni imkanlara baxmaqda davam edəcək

BP Azərbaycan ilə əlaqələri genişləndirmək üçün yeni imkanlara baxmaqda davam edəcək

Bakı, 5 avqust, AZƏRTAC

BP Azərbaycan ilə əlaqələri genişləndirmək üçün yeni imkanlara baxmaqda davam edəcək.

Bu barədə BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP-nin yeni elan edilmiş strategiyası və onun Azərbaycana təsiri haqqında AZƏRTAC-a müsahibəsində deyib.

- Avqustun 4-də BP öz yeni strategiyasını açıqladı. Bu, fevral ayında elan etdiyiniz yeniliklərin davamıdır?

- Bəli, elədir. Fevral ayında BP öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan etdi və enerji haqqında təsəvvürləri yeniləmək və BP-ni yenidən qurmaq planları olduğunu bəyan etdi. İndi isə həmin hədəfləri necə reallaşdıracağımızı müəyyənləşdirən strategiyamız elan edildi.

- Strategiyanın əsas məqamları nədən ibarətdir?

- Yeni məqsəd və hədəflərimiz insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlib və yeni hədəfimiz 2050-ci ilə qədər və ya daha tez bir vaxtda emissiyaları “xalis sıfır” səviyyəsinə çatdırmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir. Bu hədəfə çatmaq üçün dediyimiz kimi biz BP-ni yenidən qurmalı, daha yığcam, daha sürətli və az karbonlu şirkətə çevirməliyik.

Beləliklə, yeni strategiya BP üçün bu transformasiya prosesində növbəti böyük addımdır. Strategiya “xalis sıfır” hədəfinə doğru onillik fəaliyyətimizi müəyyənləşdirir. Bu strategiya BP-ni təbii ehtiyatların hasilatını həyata keçirən beynəlxalq neft şirkətindən müştərilər üçün çözümlər təmin edən inteqrasiyalı enerji şirkətinə çevirəcək.

Baş icraçı direktorumuz Bernard Luninin də dediyi kimi “bir əsrdən çoxdur ki, BP beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir – bu, iki əsas biznesin hasil etdiyi iki əsas əmtəə ilə müəyyənləşir. İndi isə biz istiqamətimizi inteqrasiyalı enerji şirkətinə çevrilməyə yönəldirik, yəni beynəlxalq neft şirkətindən inteqrasiyalı enerji şirkətinə, daha dəqiq desək, təbii ehtiyatların hasilatına yönəlmiş şirkətdən müştərilər üçün enerji çözümləri təmin etməyə yönəlmiş şirkətə çevrilirik.”

Biz bunu etməyə indi başlamalıyıq və sürətlə hərəkət etmək niyyətindəyik. On il ərzində indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəyimizi gözləyirik. Görürük ki, yeni enerjiyə keçid prosesi sürətlənir və müştərilər – yəni ölkələr, sənaye sektorları, böyük və kiçik şirkətlər və eləcə də istehlakçılar - öz enerji ehtiyaclarını qarşılamaq üçün məhz öz ehtiyaclarına uyğun, getdikcə daha az karbonlu çözümlər istəyirlər. Bu dəyişən tələbatları qarşılamaq və “xalis sıfır” hədəfinə doğru irəliləmək üçün biz BP şirkətinin 2030-cu ilə qədər daha çox şaxələnmiş bir enerji şirkəti olacağını gözləyirik və buna nail olmaq üçün bir sıra işlər görəcəyik. Bunlara bərpa olunan enerji üzrə xalis istehsal gücümüzü 2019-cu ildə olduğundan 20 qat artıraraq 50 QVt-a, az karbonlu enerji sahələrinə investisiya qoyuluşunu 10 dəfə artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə, istehlakçılarla təmaslarımızı ikiqat artıraraq gündə 20 milyona çatdırmaq, neft və qaz hasilatını tədricən ən azı gündə bir milyon barrel neft ekvivalenti və yaxud 40 faiz səviyyəsində azaltmaq, neft və qaz kəşfiyyatı üzrə fəaliyyətlərimizi yüksək göstəricilərimiz olan mövcud hövzələrdə cəmləşdirmək və yeni ölkələrə daxil olmamaq aiddir.

- Bu, o deməkdirmi ki, Azərbaycanda və Xəzər regionunda öz fəaliyyətlərinizi tədricən azaldacaqsınız?

- Xeyr, o demək deyil. Neft və qaz tədricən azalacaq, lakin BP-nin əhəmiyyətli bir hissəsi kimi qalacaq. Dəyişən odur ki, BP bundan sonra daha neft və qazın üstünlük təşkil etdiyi şirkət olmayacaq. O, şaxələnmiş portfelli bir inteqrasiya edilmiş enerji şirkəti olacaq – belə ki, neft və qaz daha tarazlaşdırılmış bir portfelin tərkib hissəsi olacaq. B. Luninin də dediyi kimi “neft və qaz qarşıdan gələn onilliklər ərzində BP portfelinin tərkib hissəsi olaraq qalacaq. Onlar bizim strategiyanın əsas hissəsidir. Faktiki olaraq, onlar strategiyanın həyata keçirilməsinə imkan yaradır. Onlar transformasiyamızın gerçəkləşməsinə təkan verir”.

Beləliklə, biz şirkətimizin fəaliyyət istiqamətini enerjinin fərqli formaları ilə şaxələndirmək niyyətindəyik – bərpa olunan enerji, bioenerji və hidrogen. Amma neft və qaz bizim öhdəliyimiz olan ölkələrdə BP üçün əsas sahə olmaqda davam edəcək. Bu öhdəliyin bir hissəsi olaraq 2030-cu ildə biz hələ də qlobal miqyasda neft və qaz biznesimizə ildə təxminən 9 milyard ABŞ dolları investisiya qoyacağıq.

- Bütün bunlar konkret olaraq Azərbaycan üçün nə deməkdir?

- Bildiyiniz kimi, biz Azərbaycanda iri neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə cavabdehik. Bu, bizim üçün çox vacib əhəmiyyət kəsb edir və bu məsuliyyəti çox ciddi qəbul edirik.

Biz burada neft və qaz biznesimizin keyfiyyət baxımından sənayedəki aparıcı mövqeyini qoruyub saxlamaqla bu ölkədə gördüyümüz bütün işlərimizi uğurla davam etdirəcəyik. Yəni Azərbaycanda neft və qaz üzrə fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək, ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik.

Bilirsiniz ki, biz təxminən otuz ildir Azərbaycanda və Xəzər regionunda varıq və hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyuruq. Növbəti bir neçə onillik ərzində də kəşfiyyat sahəsinə investisiya qoyuluşu da daxil olmaqla burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Bununla belə uzunmüddətli enerji tərəfdaşlığımızın bir sıra digər sahələrində də Azərbaycan və region ilə əlaqələrimizi genişləndirmək üçün yeni imkanlara baxmaqda da davam edəcəyik.

- Hazırda şirkətdə görülən işlər haqqında məlumat verməyinizi də xahiş edirik. İşləriniz necə gedir?

- Bütün dünyada və bütün digər şirkətlərdə olduğu kimi, biz də COVID-19 pandemiyasının yaratdığı bu çətin vəziyyətlə üz-üzəyik, amma bütün fəaliyyətlərimiz davam edir. Qürur hissi ilə deməliyəm ki, biz əsas biznes fəaliyyətlərimizi - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından hasilat və ixrac əməliyyatlarımızı təhlükəsiz, etibarlı və səmərəli şəkildə davam etdiririk.

Bundan əlavə “Şəfəq-Asiman” blokunda ilk geoloji-kəşfiyyat quyusunun qazılmasını davam etdiririk və onu bu ilin sonuna qədər qazıb bitirmək niyyətindəyik. Dayazsulu Abşeronda ilk kəşfiyyat quyusunu qazacaq qazma qurğusunda yenidənqurma işləri başa çatan kimi quyunu qazmağa başlayacağıq. Ümid edirik ki, bu da bu ilin sonuna qədər mümkün ola biləcək.

D230 blokunda planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını bu ilin əvvəllərində tamamladıq və hazırda əldə olunmuş məlumatların emalını və interpretasiyasını həyata keçiririk.

“Azəri-Çıraq-Günəşli” yatağının yeni platforması olan ACE-in (Azəri Mərkəzi Şərqi) tikintisini davam etdiririk. Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən də yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib