İQTİSADİYYAT
BP Azərbaycan ilə növbəti planlar və yeni imkanları müzakirə edib
Bakı, 28 oktyabr, AZƏRTAC
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell oktyabrın 25-dən başlayaraq Azərbaycanda üçgünlük işgüzar səfərdə olub.
BP-dən AZƏRTAC-a bildirilib ki, Q.Birrell çox uğurlu və sıx cədvəli olan bu səfərini başa vuraraq dünən gecə Londona yola düşüb.
Səfər zamanı Birrell BP-nin regiondakı biznes rəhbərliyi və işçi heyəti ilə görüşlər keçirib və BP-nin əməliyyatçısı olduğu “Şahdəniz Bravo” platformasına və “Səngəçal” Terminalına baş çəkib.
Səfər çərçivəsində, həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşlər keçirilib, regionda BP-nin icraçısı olduğu layihələr, eləcə də BP ilə Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığının davam etdirilməsi üçün növbəti planlar və yeni imkanlar müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]