İQTİSADİYYAT


BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır

Bakı, 18 sentyabr, AZƏRTAC

BP şirkəti Azərbaycanda alternativ enerji sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazir Ş.Mustafayev 1994-cü ildə uğurlu və düşünülmüş neft strategiyasının nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasının və transmilli layihələrin icrasının neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdiyini vurğulayıb, BP şirkəti ilə fəal əməkdaşlığı qeyd edib.

Əməkdaşlığin genişləndirilməsinə gəlincə, Böyük Britaniyanın təcrübə və texnologiyasını qeyd edən Ş.Mustafayev diqqətə çatdırıb ki, BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalı təşkil edilə, alternativ enerji sahəsində əməkdaşlıq oluna bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın neft strategiyasının uğurla davam etdirildiyini, ölkəmizin etibarlı tərəfdaş olduğunu və BP ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb. Qəri Counz BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə məlumat verib, alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.