İQTİSADİYYAT


BP Birləşmiş Krallığın elektriklə işləyən şarj şəbəkəsi “Chargemaster”i alıb

Bakı, 28 iyun, AZƏRTAC 

BP şirkəti (“British Petroleum”) Böyük Britaniyanın ən böyük elektriklə işləyən avtomobil şarj şəbəkəsinə malik “Chargemaster”i alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BP məlumat yayıb. Bildirilir ki, şirkət Birləşmiş Krallıqda 6 min 500 yerdə xidmət göstərən ən böyük elektriklə işləyən avtomobil şarj şəbəkəsinə malik “Chargemaster”in alınmasına dair razılığa gəlib. Hazırda Böyük Britaniyada elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin sayı 135 mindir və 2040-cı ildə göstəricinin 12 milyon olması gözlənilir.

BP-nin sözçüsü David Nikols deyib: “Elektrik enerjisi ilə işləyən avtomobil bazarı böyüyür və gələcəkdə əhəmiyyətli bir paya sahib olacaq”.

“Chargemaster”in bu sahədə lider olduğunu deyən BP sözçüsü bildirib: “Biz onlardan bu sahəni öyrənmək istəyirik, təbii ki, dünyanın hər yerində bu işi inkişaf etdirə bilərik”.

Britaniya mətbuatında BP-nin “Chargemaster”i 130 milyon funt sterlinqə aldığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.