İQTİSADİYYAT


BP: Bu vaxtadək "Şahdəniz"dən 90 milyard kubmetrədək təbii qaz əldə edilib

Bakı, 16 fevral, Nihad Budaqov, AZƏRTAC

İndiyədək "Şahdəniz" yatağından 90 milyard kubmetrədək təbii qaz çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

"Ötən il "Şahdəniz-1" maksimum sabit hasilat gücü ilə işləməyə davam edib. Hasilat başlanandan bəri "Şahdəniz"dən ümumilikdə 89 milyard standart kubmetrdən çox qaz və 22 milyon tondan artıq kondensat əldə edilib", - deyə Qəri Counz bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.