İQTİSADİYYAT


BP: Energetika Nazirliyi ilə Qarşılıqlı Anlaşma Memorandumu ilin sonunadək imzalanacaq

Bakı, 1 dekabr, AZƏRTAC

BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumu ilin sonuna qədər imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, həmçinin bərpaolunan enerji mənbələri sektorunun inkişafında əməkdaşlıq üçün birgə işçi qrupu yaradılacaq.

Xatırladaq ki, ötən günlərdə energetika naziri Pərviz Şahbazov ilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun görüşündə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib və Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması təklif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.