İQTİSADİYYAT


BP: “Şəfəq-Asiman” blokunda qazma əməliyyatları davam edir

Bakı, 16 noyabr, AZƏRTAC

“Şəfəq-Asiman” dəniz blokunda qazma əməliyyatları davam edir.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanıb. Quyunun qazma işləri artıq 3864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil ediləcək və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.