İQTİSADİYYAT


BP: Təbii qaz tələbatı ildə 1,7 faiz artır

Bakı, 15 fevral, AZƏRTAC

Təbii qaza olan tələbat ildə orta hesabla 1,7 faiz artır və 2040-cı ilədək təxminən 50 faizə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “Energy Outlook 2019” hesabatında deyilir.

Hesabata görə, ümumilikdə hər ölkə və ya bölgədə qaz tələbatı artmaqdadır. Gələcəkdə təbii qaza tələbatın artması sənayedə, əsasən də böyük qaz ehtiyatları olan regionlarda (Yaxın Şərq və Afrika) sənayeləşmə prosesinin inkişaf etməsi nəticəsində baş verəcək. Xüsusilə Çində kömürdən təbii qaza keçid prosesi də qaz tələbatını artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.