İQTİSADİYYAT
BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etdirəcək

Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycana 30 ildir ki, investisiya yatırırıq. Azərbaycan BP-nin ümumi strategiyasının bariz nümunəsidir. Qazandığımız uğurlardan qürur duyuruq.
AZƏRTAC xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz Bakı Enerji Forumunda deyib.
O vurğulayıb ki, BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etdirəcək.
“Azəri-Mərkəzi-Şərqi” platformasında işlər davam etdirilir. Burada ilk neft hasilatını 2024-cü ildə gözləyirik. “Şahdəniz” layihəsinin də dekarbonlaşdırılması üzərində işləyirik. Bizim iddialarımız var. Həmçinin bildiyiniz kimi, Prezident İlham Əliyev elan edib ki, Azərbaycanın azad olunmuş ərazilərində “yaşıl enerji” planı icra olunacaq. Bir çox şirkətlər bu planda yaxından iştirak edəcək”, - deyə Qari Counz vurğulayıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]