İQTİSADİYYAT


BP indiyədək Azərbaycandakı sosial layihələrə 86 milyon dollar xərcləyib

Bakı, 1 iyun, AZƏRTAC

BP Azərbaycanda əməliyyatlara başladıqdan etibarən icma inkişafı və təhsil təşəbbüsləri də daxil olmaqla tərəfdaşlarla birlikdə sosial proqramların həyata keçirilməsinə 86 milyon dollar xərcləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”nda deyilir.

Qeyd edək ki, BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları cari ilin birinci rübündə Azərbaycandakı sosial investisiya layihələrinə 1 milyon dollar sərf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.