Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.

BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm verir və ölkənizdə fəaliyyət göstərməkdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli xeyli layihə həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olub. Biz, həmçinin Azərbaycan hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid edirik.

Hörmətlə,

 

Qəri Counz

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin