Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycanla əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da səmərəli inkişafına ümid edir. Mən BP ilə Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Hörmətlə,

 

Qəri Counz

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin