İQTİSADİYYAT


BP-nin baş icraçı direktoru Azərbaycana gələcək

Bakı, 10 dekabr, AZƏRTAC 

BP şirkətinin baş icraçı direktoru Robert Dadli Azərbaycana gələcək.

AZƏRTAC xəbər verir ki, R.Dadlinin Azərbaycan hökumətinin və tərəfdaş şirkətlərin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, şirkətdə 40 illik karyerası olan və 9 il BP-nin baş icraçı direktoru vəzifəsində çalışan 64 yaşlı R.Dadli qrup rəhbəri postundan və idarə heyətindən istefa verib. R.Dadli gələn il fevralın 4-də şirkətlə bağlı 2019-cu ilin nəticələrini elan etdikdən sonra martın 31-də təqaüdə çıxacaq. Onu bu postda hazırda şirkətin hasilat üzrə icraçı direktoru olan Bernard Luni əvəz edəcək. B.Luni isə fevralın 5-də idarə heyətinə daxil olacaq və BP şirkətinin baş icraçı direktoru vəzifəsini icra edəcək. O, həmin tarixə qədər hazırkı vəzifəsində qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.