DÜNYA


BP-nin xalis mənfəəti proqnozları üstələyib

Bakı, 5 fevral, AZƏRTAC

2018-ci ilin dördüncü rübündə BP şirkətinin xalis mənfəəti 3,48 milyard dollar olub.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, BP-nin hesabat dövründəki faiz və vergisiz mənfəəti isə 6,28 milyard dollar təşkil edib.

Bu göstəricilərlə BP-nin ötən ilin sonuncu rübündəki mənfəəti proqnozları üstələyib. Belə ki, analitiklər qeyd edilən dövrdə şirkətin xalis mənfəətinin 2,25-2,91 milyard dollar aralığında, faiz və vergisiz mənfəətinin isə 5,04 milyard dollar olacağını proqnozlaşdırırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.