İQTİSADİYYAT


BP şirkəti ƏMSSTQ sənədinin layihə versiyasının müzakirəsi üçün ictimaiyyətlə görüş keçirəcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə (AYDS) daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçiriləcək.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, bütün maraqlı tərəflər sentyabrın 30-da saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək açıq virtual görüşdə iştirak etməyə dəvət edilir.

ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları avqustun 28-dən BP-nin veb-saytına yerləşdirilib və onları aşağıdakı link vasitəsilə yükləmək mümkündür: https://www.bp.com/az_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html

Görüş zamanı BP tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-in layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri, həmçinin “www.bp.com/Azerbaijan” veb-saytına daxil olmaqla və ya “[email protected]” elektron ünvanına göndərməklə də təqdim etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.