RƏSMİ SƏNƏDLƏR


BP şirkətinin baş icraçı direktoru Robert Dadlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını arzulayıram.

Müasir müstəqil Azərbaycan çox qısa bir müddət ərzində özünü regionun güclü dövlətlərindən birinə çevirə bilib. BP şirkəti olaraq biz Azərbaycanın dünyanın aparıcı neft və qaz istehsal edən ölkələrindən birinə çevrilməsinə göstərdiyimiz dəstəyə görə iftixar hissi duyuruq. Ölkənizlə olan bu tərəfdaşlığımızı gələcəkdə də uzun müddət davam etdirmək arzusundayıq.

Sizə ən yüksək ehtiramımı bildirirəm.

Cənab Prezident, yaxın vaxtlarda Sizinlə görüşməyə ümidvaram.

Hörmətlə,

 

Robert Dadli

BP şirkətinin baş icraçı direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin