İQTİSADİYYAT
BP şirkətinin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər
Bakı, 11 dekabr, AZƏRTAC
BP şirkətinin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, BP qrupunun baş icraçı direktoru Robert Dadli və onu gələn ildən bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. Səfər çərçivəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər keçirilib.
Qeyd edək ki, hazırda BP qrupunun apstrim bölümünə rəhbərlik edən B.Luni R.Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində gələn il fevralın 5-dən əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.
R.Dadli fevralın 4-də BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək, martın 31-dən isə təqaüdə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]