İQTİSADİYYAT


BP son 5 ildə Azərbaycandakı layihələrə 37,5 milyard dollar xərcləyib

Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC

2013-2017-ci illərdə BP Azərbaycandakı layihələrinə 37 milyard 576 milyon dollar sərf edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin “2017-ci ildə Azərbaycanda davamlı inkişaf” adlı hesabatında deyilir.

Hesabata görə, bu vəsaitin 30 milyard 531 milyon dolları əsaslı xərclər, 7 milyard 45 milyon dolları isə əməliyyat məsrəfləri olub.

Qeyd edək ki, BP şirkəti 26 ildir Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri idarə edir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə ümumilikdə 72 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda BP şirkətində 2 min 550 nəfərdən çox ölkə vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.