İDMAN


BRAZİLİYALI ŞƏRHÇİ DÜNYA ÇEMPİONATI ZAMANI ÖLMÜŞDÜR

AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si Nyus telekanalının yaydığı xəbərə görə, Braziliyanın tanınmış satiraçı artisti, dünya futbol çempionatında “Qlobo TV”-nin şərhçisi işləyən Klaudio Besserman Vianna iyunun 17-də Münxendə keçinmişdir. Vianna öz dostları ilə birlikdə iştirak etdiyi yoldaşlıq oyunu zamanı ürəktutma ağrısı nəticəsində ölmüşdür.

“Qlobo TV”-nin proqram direktoru bildirmişdir ki, 43 yaşlı Vianna ürəyindən heç vaxt şikayətlənməzdi və hər həftə futbol oynayırdı.

Braziliya Futbol Konfederasiyası onun ölümü ilə əlaqədar başsağlığı vermişdir. Milli yığmanın hücumçusu Ronaldo “çox hörmət bəslədiyi insanın ölümündən kədərləndiyini” bildirmişdir. Vianna öz proqramlarında Ronaldonu gülməli şəkildə tez-tez yamsılayırdı. Lakin bu, məşhur futbolçunun xətrinə dəymirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.