Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB FERNANDU ENRİKİ KARDOZUYA

Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq münasibətlərindən xalqlarımızın xeyrinə səmərəli istifadə edəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin