Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LUİS İNASİU LULA da SİLVAYA

Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin