DÜNYA
BRİTANİYADA BÖYÜK ELMİ TƏDQİQAT MƏRKƏZİ YANMIŞDIR
Polisin məlumatına görə, oktyabrın 30-da hələlik müəyyən edilməmiş səbəblərdən laboratoriyada məişət qazı ilə dolu balon partlamışdır. Alov binada sürətlə yayılmağa başlamışdır. Hadisə yerinə 100-dən artıq yanğınsöndürən gəlsə də, alovu yalnız 10 saatdan sonra söndürmək mümkün olmuşdur.
Yanğın nəticəsində heç kim zərər çəkməmişdir. Lakin universitetin binasına xeyli ziyan dəymiş, mikrosxemlər və təcrübi lif istehsalı üçün bahalı avadanlığın yerləşdiyi laboratoriya isə tamamilə məhv olmuşdur. Universitet rəhbərliyinin sözlərinə görə, yanğın Britaniyanın böyük elmi tədqiqat mərkəzinə “çox ciddi ziyan” vurmuşdur. Universitetin elmi katibi Con Louraysın sözlərinə görə, laboratoriyanın yenidən bərpası üçün azı iki il vaxt lazımdır. Lourays demişdir ki, tədqiqat işinə dəyən ziyanın dəyəri hələ hesablanmalıdır, ancaq “o, çox böyük olacaqdır”.