MƏDƏNİYYƏT
BRİTANİYA HƏKİMLƏRİ 12 YAŞLI OĞLANIN BAŞINI YERİNƏ TİKMİŞLƏR
Öz avtomobilində ayırıcı səddə çırpılan Kris Stüart xəstəxanaya “qapalı dekapitizasiya” diaqnozu ilə gətirilmişdi. Ağır burxulma nəticəsində uşağın fəqərə sümüyünü kəllə ilə birləşdirən bütün bağlar qırılmışdı. Kəlləni bədənlə yalnız damarlar, əzələlər və uzunsov beyin birləşdirirdi.
Altı saatlıq cərrahiyyə əməliyyatı zamanı həkimlər birinci boyun fəqərə sümüyünü kəllə əsası ilə metal lövhələr, boltlar və xəstənin çanaq sümüyündən götürülmüş sümük toxuması parçaları ilə birləşdirmişlər.
Əməliyyatdan sonra xəstənin hər hansı hərəkətinin ölümlə nəticələnə biləcəyindən ehtiyat edən həkimlər onda 19 günlük süni koma vəziyyəti yaratmışlar. Kris 2 aydan sonra sərbəst gəzə, hovuzda üzə, velosiped sürə biləcəkdir.
Müalicə edən həkimin sözlərinə görə, Kris belə ağır zədədən sonra tam sağalan ilk xəstədir. Bu cür zədə almış xəstələrin əksəriyyəti hadisə yerindəcə ölür, sağ qalanlar isə ömürlük əlil olurlar.