DÜNYA
BRİTANİYA MƏKTƏBLİLƏRİNİ TERRORÇULARA TAY TUTURLAR
Son vaxtlar Britaniya müəllimləri vahimə içindədirlər. Onlar öz şagirdlərinə terrorçu gözü ilə baxırlar. Buna görə də təhsil ocağına silah gətirmək istəyən şagirdləri tapmaq üçün məktəblərdə metaltapan detektorlar qoyulmasını təklif edirlər. AZƏRTAC “Deyli teleqraf” qəzetinə istinadla xəbər verir ki, qadın müəllimlərin həmkarlar ittifaqının Milli Assosiasiyası bu təşəbbüslə Məktəblərdə Təhlükəsizlik komitəsinə müraciət etmişdir.
Komitə 1996-cı ildə Şotlandiyanın Danbleyn qəsəbəsində uşaq bağçasında 16 uşaq və onların tərbiyəçisi öldürüldükdən sonra yaradılmışdır.
O vaxtdan bəri Komitə məktəbə bıçaqla və pnevmatik tapança ilə gələn çoxlu şagird tutulduğu barədə tez-tez xəbərlər alır. Müəllimlərin fikrincə, şagirdlər müəllimlərə basqın etmək üçün deyil, ilk növbədə, xuliqanlardan və quldurlardan qorunmaq üçün silahlanırlar. Amma onu da istisna etmirlər ki, şagirdlər hirsli vaxtda silahı qarşısına çıxan hər bir adama yönəldə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]