Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BRUNEY DARÜSSALAMIN SULTANI ƏLAHƏZRƏT HƏSSƏNAL BOLKİAHA

Əlahəzrət, 

Bruney Darüssalamın milli bayramı – Milli gün münasibətilə Sizi və bütün Bruney xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bruney xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

16 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin