SİYASƏT


BRÜSSEL:AVROPA İTTİFAQI NAZİRLƏR ŞURASININ İCLASI

İtaliyanın sədrliyi ilə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının ilk iclası bazar ertəsi günü Brüsseldə öz işinə başlayacaqdır.

AZƏRTAC RİA “Novosti”yə istinadən bildirir ki, ənənəyə uyğun olaraq iclas Romanın yarımillik sədrlik müddəti üçün təklif edəcəyi proqrama dair açıq debatlarla başlayacaqdır. Sənədi İtaliya XİN-nin başçısı Franko Frattini təqdim edəcəkdir. İtalyan proqramının başlıca prioritetləri Aİ hökumətlərarası konfransını keçirmək və İttifaq Konstitusiyasını imzalamağa hazırlamaqdır.

İclasın gündəliyinə İsrail-Fələstin münaqişəsinin nizamlanması, İranla münasibət, İraqda vəziyyət, Avropa İttifaqında ölüm cəzasının tamamilə ləğv edilməsi, Beynəlxalq cinayət məhkəməsinin səlahiyyətləri, Avropa İttifaqının Qərbi Balkanlarda və Afrikada fəaliyyəti məsələlərinin müzakirəsi də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.