İQTİSADİYYAT


BRÜSSELDƏ TASİSİN 2 MİLYON AVRO DƏYƏRİNDƏ LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR

Brüsseldə Avropa Birliyinin Qiymətləndirmə komitəsinin iclasında TASİS-in “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin (TƏS) həyata keçirilməsinə yardım II Faza” fəaliyyət proqramı layihəsini həyata keçirmək üçün kontraktor müəyyən edilmişdir.

Müsabiqə təkliflərinin müzakirəsində layihənin alıcı təşkilatının nümayəndəsi, AB-nin Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə Bürosunun (ƏB) icraçı direktoru Əsgər Ələkbərov da iştirak etmişdir.

Bürodan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müsabiqədə Böyük Britaniya, Belçika, Almaniya və Fransadan 5 şirkət iştirak etmişdir. Qeyd olunmuşdur ki, qalib gəlmiş şirkətlə Avropa Komissiyası arasında saziş hazırlandıqdan sonra firma kontraktor 2 milyon avro dəyərində iki illik layihəni həyata keçirməyə başlayacaqdır.

Layihədə TƏS-in ticarət iqtisadi və kommersiya müddəalarının həyata keçirilməsində, milli qanunvericilik normalarının Avropa qanunvericilik normalarına uyğunlaşdırılmasında Azərbaycana yardım göstərmək nəzərdə tutulur. Layihə işlərinə 2004-cü ilin yanvar ayında başlamaq qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.