CƏMİYYƏT


BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində mitinqin keçirilməsi üçün münasib yer ayrılıb. Bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub və şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

Nurullah Məmmədxanlı qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir. Bu, qanunla qadağandır. Yenə də həmin ərazilərdə qanunsuz aksiyanın keçirilməsi üçün insanlara müraciət edirlər. Polis digər hüquq-mühafizə orqanları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək: “Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət həmin təşkilatçıların üzərində qalacaq və qanunun icazə verdiyi ən sərt tədbirlər o insanlara qarşı görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara, gənclərə müraciət etmək istəyirəm ki, aldanmasınlar. Metronun 28 May stansiyasının qarşısındakı meydan aksiya keçirmək üçün münasib bir yer deyil. İsrarla əgər metronun 28 May stansiyasının qarşısındakı meydanda, qadağan olunmuş yerdə qanunsuz aksiyanı keçirmək istəyirlərsə, deməli, onların məqsədi mitinq keçirmək deyil, təxribat törətmək, şəhərdə ictimai asayişi pozmaq, qarşıdurma yaratmaqdır. Əgər belə olmasaydı, onlar müəyyən olunmuş yeri qəbul edərdilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.