ELM VƏ TƏHSİL
BSU-DA ANMA MƏRASİMİ
Yanvarın 19-da Bakı Slavyan Universitetində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Ümummilli liderimiz Prezident Heydər Əliyevin və 20 Yanvar şəhidlərinin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru, professor Kamal Abdullayev o qanlı günləri bir daha xatırlayaraq bildirmişdir ki, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlər xalqımızın yaddaşında və tarixində əbədi qalacaqlar. Rektor xatırlatmışdır ki, 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiyməti məhz Azərbaycanın böyük oğlu Heydər Əliyev vermişdir.
Professor, müəllim və tələbələr çıxışlarında xalqımızın onlarca qurban verdiyi 20 Yanvar gününün milli azadlıq mübarizəmizdə xüsusi yerini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]