ELM VƏ TƏHSİL


BSU-da Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi açılıb

Bakı, 7 mart, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) ölkəşünaslar klubunun təşkilatçılığı ilə “8 mart - dünya mədəniyyəti tələbələrin gözündə” adlı sərgi açılıb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, sərginin stendləri pedaqoji, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin yerləşdiyi mərtəbələrdə hazırlanıb. Tələbələrin əl işlərindən ibarət sərgidə slavyan xalqlarının və dünya ölkələrinin mədəniyyətlərinə aid nümunələr təqdim olunub. Martın 12-dək davam edəcək sərgidə müxtəlif ölkələrin geyimləri, tələbələr tərəfindən çəkilən qadın portretləri və tablolar yer alıb.

Ölkəşünaslar klubunun sədri, II kurs tələbəsi Aysel Qaybaliyeva bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan sərgi BSU rəhbərliyi, müəllim və tələbələr tərəfindən yüksək qiymətləndirilib.

Bununla yanaşı, BSU-da klubun təşkilatçılığı ilə fləşmob keçirilib. Klubun üzvləri tərəfindən BSU-nun xanım əməkdaşlarına və tələbələrinə bayram münasibətilə əl işi olan açıqcalar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.