ELM VƏ TƏHSİL


BSU-da “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirilib

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Bakı Slavyan Universitetində (BSU) Yel çərşənbəsinə həsr olunmuş “İlaxır çərşənbə səfirlərlə” adlı bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva hər il olduğu kimi bu il də yazın gəlişinin universitetdə xüsusi ab-hava ilə qarşılandığını bildirib, Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət açıb. Rektor vurğulayıb ki, Azərbaycan xalqı əsrlərboyu Novruz bayramını xüsusi təntənə ilə qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edən Nurlana Əliyeva xalqımızın milli adətlərini, süfrə mədəniyyətini dünya xalqlarına sərgiləmək məqsədilə xarici ölkə səfirlərinin tədbirə dəvət olunduğunu diqqətə çatdırıb. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi naminə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağıran Nurlana Əliyeva deyib: “Uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində milli ideologiyamızın əsas elementlərindən birinə çevrilib və dövlət səviyyəli tədbirlər sırasına daxil edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Novruz bayramının ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıqla qeyd edilməsinə şərait yaradıb. Rektor bayram münasibətilə hər kəsi təbrik edib.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və vurğulayıb ki, Azərbaycan xalqının ruhunda multikulturalizm, tolerantlıq yaşayır. M.Zabelin deyib: “Ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanda Novruz bayramı uzun illərdir xüsusi təntənə ilə keçirilir. Yaxın gələcəkdə Azərbaycan xalqının Novruz bayramını Qarabağda qeyd etməsini arzu edirəm”.

Sonra BSU-nun yerli və əcnəbi tələbələri müxtəlif dillərdə bayram təbriki səsləndiriblər.

Tədbir çərçivəsində Nurlana Əliyeva tərəfindən Çelyabinskdə keçirilən III Beynəlxalq Diplomatik Oyunların final mərhələsində qalib gələn BSU-nun “Kaspi” komandasının üzvlərinə və Belarusun Minsk şəhərində keçirilən “54-cü ulduz yürüşü” adlı beynəlxalq tədbirdə iştirak edən bir qrup fəal tələbəyə diplom verilib.

Əməkdar artist, cazmen Cavan Zeynallı öz ifası ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tədbir BSU-nun “Arzu” rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.