ELM VƏ TƏHSİL


BSU-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan tədbir keçirilib

Bakı, 25 aprel, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin ibtidai təhsil kafedrası tərəfindən “Auditoriya+” layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, budəfəki görüşün qonaqları AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, professor Şahin Fazil və Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı olub.

Tədbiri giriş sözü ilə açan ibtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva kafedra tərəfindən keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.

Professor Şahin Fazil Nəsimi poeziyasından, onun şeirlərinin estetik zövqündən danışıb, dahi Azərbaycan şairinin adının Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkildiyini söyləyib.

Sonra Arif Buzovnalının “Nəsimi və insan” mövzusunda məruzəsi dinlənilib. O, Nəsimi yaradıcılığında bütövlükdə insan gözəlliyinə və qüdrətinə heyranlığın əks olunduğunu söyləyib. Bu gözəlliyin və qüdrətin dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş insanlara xas olduğunu vurğulayıb.

Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Flora Naciyeva kafedra tərəfindən tələbələri maarifləndirmək istiqamətində keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sonda tələbələr Nəsiminin şeirlərindən nümunələr səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.