ELM VƏ TƏHSİL


BSU-da “İslam tarixinin və İslam əxlaqının əsas prinsipləri” adlı fakültativ kurslar davam edir

Bakı, 11 aprel, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyindən göndərilən tövsiyə məktubu əsasında tədrisin təşkili və tədris resursları şöbəsi tərəfindən “İslam tarixinin və İslam əxlaqının əsas prinsipləri” adlı fakültativ kursların növbəti mühazirəsi keçirilib.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarov tələbələr qarşısında “İslam əxlaq fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. İlahiyyatçı İslam düşüncəsi və mədəniyyətində əxlaqın yerindən, əhəmiyyətindən bəhs edib, İslam, əxlaq və fəlsəfə anlayışlarının terminoloji cəhətdən izahını verib. O, İslam əxlaq fəlsəfəsində əxlaq düşüncəsinin əsas mənbəyinin Quran və hədislərdə mövcud olduğunu vurğulayıb. Müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsi baxımından qloballaşma hadisəsini müsbət amil kimi dəyərləndirən ilahiyyatçı müasir dövrdə texnologiyadan düzgün yararlanmaqla bağlı gənclərə öz tövsiyələrini verib. İslam filosoflarının əxlaq fəlsəfəsindən söz açan A.Qafarov Azərbaycan mədəniyyətində İslam dininin izləri barədə bir sıra maraqlı faktlardan nümunələr gətirib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.