ELM VƏ TƏHSİL
BSU-da alman dili kursları yenidən təşkil edilib
Bakı, 9 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsində alman dili kursları yenidən təşkil edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, kursların təşkil olunmasında məqsəd tələbələrin alman dili üzrə bilik səviyyələrinin artırılmasıdır. BSU-nun Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının və Germanistika İnstitutunun müdiri professor Sevinc Rzayeva daha yüksək səviyyədə təşkil edilmiş bu kursların tələbələrin alman dili üzrə biliklərinin inkişaf etməsinə və onların dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Kurslar 2022-2023-cü tədris ilinin yaz semestrində həftədə bir dəfə Alman filologiyası kafedrasının nəzdində Vilhelm fon Humboldt adına Alman Tədris və Mədəniyyət Mərkəzində alman dili müəllimliyi və almaniyaşünaslıq ixtisaslarında təhsil alan II, III tədris ili tələbələri üçün nəzərdə tutulub. Kurslar Alman Akademik Mübadilə Xidmətinin lektoru Lyudmila Klotz tərəfindən keçirilir.
Hazırda Alman Akademik Mübadilə Xidmətinin dil üzrə assistenti Kaiqianq Zhanq kafedranın tədris yükünə daxil olan xarici dilin kommunikativ qrammatikası fənnini tədris edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]