ELM VƏ TƏHSİL


BSU-da tədbir: Heydər Əliyev və Azərbaycan filologiyası

BSU-da tədbir: Heydər Əliyev və Azərbaycan filologiyası

Bakı, 17 mart, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasında “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Tağısoy “Heydər Əliyevin siyasi baxışlarında Azərbaycan ədəbiyyatına qayğı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın inkişafına göstərdiyi böyük diqqət və qayğı, klassik irsə, folklora, epik düşüncəyə yüksək dəyər verməsi, bu sahədə həyata keçirdiyi genişmiqyaslı tədbirlərin onun siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi vurğulanıb.

Kafedranın dosentləri Fərrux Məmmədov, Gültəkin Əliyeva və digər çıxış edənlər görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi böyük xidmətlərlə bağlı fikirlərini bölüşüblər.

Dəyirmi masa mövzu ilə bağlı maraqlı fikir mübadiləsi ilə başa çatıb.

Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.