ELM VƏ TƏHSİL


BSU-da ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin Elmi İşlər üzrə prorektoru Rafiq Novruzov çıxışında bölmələrdə müxtəlif istiqamətlər üzrə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıb.

Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Tədbirdə nümayiş olunacaq “Qisas almadan ölmə” filminin rejissoru Oqtay Mirqasımov Azərbaycan və Almaniya əlaqələrinin tarixi bağlarından, konfrans filmin ərsəyə gəlməsindən söz açıb.

Bağlanış mərasimindən sonra simpozium iştirakçıları Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.