ELM VƏ TƏHSİL


BSU-da yeni layihə: Tələbələr məktəb psixoloquna dəstək olacaqlar

Bakı, 13 noyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində yeni startap layihəsinin icrasına başlanılıb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, layihə “risk qrupuna” aid olan, emosional cəhətdən qeyri-sabit, kollektivə uyğunlaşmaqda çətinlik çəkən uşaqlara psixoloji yardım etmək və məktəb psixoloquna dəstək olmaq məqsədi daşıyır. İlkin mərhələdə Pedaqoji fakültədə təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrin fasiləsiz təcrübəsinin təşkili nəzərdə tutulur. Artıq tələbələr siniflərə təqdim edilib, şagirdlərlə aparılacaq işin növləri və formaları müəyyənləşib.

Tələbələrin fasiləsiz təcrübəsinin nəticələri haqqında məlumat məktəbin rəhbərliyinə, fakültə dekanına və layihə koordinatoruna təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.