ELM VƏ TƏHSİL


BSU-nun Frankofoniya Universitet Agentliyinin layihələrində iştirakı müzakirə olunub

Bakı, 23 iyun, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Rektor Anar Nağıyev qonağa zəngin akademik tarixə malik, həm də gənc ali təhsil müəssisəsi olan, regionun slavyanşünaslıq üzrə birinci universiteti olan BSU-nun tarixindən söz açıb. O, bu ali təhsil ocağının ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını və bununla da BSU-nun yeni bir mərhələyə keçdiyini deyib. Rektor, həmçinin universitetin fəaliyyəti, tədris proqramları, beynəlxalq əlaqələri, fakültə və ixtisasları, fransız dili üzrə müəllim kadrların yetişdirilməsi barədə məlumat verib.

Mohamed Ketata təmsil etdiyi qurumun tarixindən, məqsədindən, fəaliyyətindən, müxtəlif universitetlərlə əlaqələrindən, eyni zamanda, agentliyə üzvlük qaydalarından danışıb. O, həmçinin agentliyin proqram və layihələri, o cümlədən təqaüdləri haqqında məlumatları diqqətə çatdırıb.

Tərəflər qarşılıqlı əməkdaşlıq, BSU-nun agentliyin layihələrində iştirakı, müəllim-tələbə mübadiləsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın tədris departamentinin rəhbəri Lətifə Nəsibova da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.