BSU-nun müəllimi ELT təlimini fərqlənmə sertifikatı ilə bitirib
AzerTAg.az
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) İngilis filologiyası kafedrasının müəllimi Günay Təhməzova ABŞ səfirliyinin dəstəyi ilə Şimali Karolina Universitetinin Azərbaycanda ingilis dili müəllimləri üçün təşkil etdiyi 15 həftəlik ELT (English Language Teaching) təlimini fərqlənmə sertifikatı ilə bitirib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Günay Təhməzova 100 dən çox müəllim arasından ADA Universitetində keçirilmiş “İngilis dilinin tədrisində mükəmməllik” konfransında çıxış edən 30 təlimçi-müəllimdən biri olub.
Xatırladaq ki, Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan ADA Universitetinin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə kömək göstərmək üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.

Xəbərin mətnində orfoqrafik səhv var