ELM VƏ TƏHSİL


BUDAPEŞTDƏ BİLİK İQTİSADİYYATI FORUMU KEÇİRİLMİŞDİR

Budapeştdə Dünya Bankı Açıq Cəmiyyət İnstitutu ilə birgə “Biliyə dayanan iqtisadiyyatın vasitəsilə rəqabətin inkişafı” mövzusunda III Bilik İqtisadiyyatı Forumu keçirmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, elm və təhsil sahəsində çalışan mütəxəssislərin, maliyyəçi və iqtisadçıların iştirak etdiyi bu forumda bir sıra Şərq və Qərb ölkələri ilə yanaşı, Azərbaycan nümayəndələri də təmsil olunmuşlar. Onlar Foruma müxtəlif layihələr təqdim etmişlər. Azərbaycandan “Xəzər Universiteti və bp Neft Şirkətinin neft mühəndisliyi kadrlarının hazırlanması” layihəsi təqdim edilmişdir. Forumda universitetin rektoru, professor Hamlet İsaxanlı çıxış edərək layihənin məziyyətlərindən danışmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.