REGİONLAR
BUĞDA İSTEHSALÇILARINA DÖVLƏT QAYĞISI BƏHRƏSİNİ VERİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2007-ci ilin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ötən il 598 min 806 nəfər fiziki və 12 hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın (40 manat) verilməsi təmin edilmişdir. Bu məqsədə 68,9 milyon manat vəsait sərf olunmuşdur.
İlkin məlumatlara əsasən, kənd əməkçilərinə edilmiş bu yardımların təzahürü olaraq əvvəlki ilə nisbətən kənd təsərrüfatı məhsulları üzrə bütövlükdə əkilən sahə (əkin dövriyyəsi) 2 min hektar, payızlıq taxıl və buğda sahələri isə 261 min hektar artmışdır.