MƏDƏNİYYƏT
“BÜLBÜLLƏR” KİYEVDƏ “ÇERVONA RUTA”NI İFA EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 1-də Kiyevdəki “Ukrayna” sarayında Uşaqları beynəlxalq müdafiə günü çərçivəsində “Uşaq arzularının ölkəsi” devizi ilə bayram konserti olmuşdur. Konserti Prezident Leonid Kuçmanın xanımı Lyudmila Kuçmanın başçılıq etdiyi “Ukrayna uşaqlarındır!” Milli Fondu təşkil etmişdir.
Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” uşaq vokal-instrumental ansamblı yeniyetmələrin bu rəngarəng yaradıcılıq bayramının qonağı olmuşdur.
Azərbaycan Respublikası Uşaq Təşkilatının Kiyevdəki nümayəndəliyinin başçısı Rasim Tağıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gənc istedadlarımız iyunun 3-də “Ukrayna evi”ndə konsert verəcəklər. Proqrama Ukrayna nəğmələri, o cümlədən məşhur “Çervona ruta” daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]