DÜNYA
BUXAREST EKOLOJİ BAXIMDAN AVROPANIN ƏN TƏHLÜKƏLİ PAYTAXTIDIR
Qəzetin yazdığına görə, Buxarest kimyəvi bomba üstündə yaşamaqda davam edir. Belə ki, hələ Çauşeskunun hakimiyyəti dövründən şəhərdəki bir neçə sənaye müəssisəsində ammonyak anbarları var. Bu anbarlarda artıq 16 ildir ki, ciddi yoxlama aparılmır. Mütəxəssislərin fikrincə, müxtəlif şirkətlərin anbarlarında 30 tondan çox ammonyak, 100 tondan çox sulfat turşusu və xlor birləşmələrinin müxtəlif növləri, 30 ton təmiz xlor və digər kimyəvi birləşmələr saxlanılır.
Ekspertlər bildirmişlər ki, fövqəladə vəziyyət yaranarsa, Rumıniya paytaxtında nə yerli sakinlərin, nə də yerli hakimiyyət orqanlarının hazır olmadığı kimyəvi fəlakət baş verə bilər. Bu, həm maliyyə vəsaitinin çatışmazlığı, həm də mülki müdafiə sahəsində tədbirlərin pis təşkili ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]