MƏDƏNİYYƏT


“BU ANDA, BU MƏKANDA” FOTO-SƏRGİ MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR

Azərbaycan Gənc Fotoqraflar Assosiasiyası informasiya texnologiyaları sənayesinin lideri Hewlett Paskard (HP) şirkətinin sponsorluğu ilə dekabrın 9-dan 12-dək Muzey Mərkəzində HP-nin “Dairə” sərgisi çərçivəsində fotoqrafların “Bu anda, bu məkanda” adlı sərgi-müsabiqəsi keçiriləcəkdir. Müsabiqə iştirakçılara özlərini fotoqraf kimi sınamaq imkanı verəcək, sərginin interaktiv təşkili onu daha da canlandıracaqdır.

AZƏRTAC-ın müxbirinin əldə etdiyi məlumata görə, “Dairə” cari ilin avqust ayında yaranmış Azərbaycan Gənc Fotoqraflar Assosiasiyasının ilk layihəsidir. Bu, assosiasiyanın həm də bir növ hesabat sərgisidir. Şübhə yoxdur ki, sərgi fotoşəkil həvəskarlarına incəsənətin bu sahəsində yeni adları açıqlayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.