İQTİSADİYYAT
BU GÜN BAKIDA 7-Cİ TÜRK İXRAC MƏHSULLARI SƏRGİSİ AÇILMIŞDIR
Bu münasibətlə Avropa otelində Azərbaycan Respublıkası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Türkiyənin Forum Fuar şirkəti ilə birlikdə mətbuat konfransı keçirmişdir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, konfransda sentyabrın 10-13-də Avropa otelinin sərgi salonunda keçiriləcək 7-ci Türk İxrac Məhsulları sərgisi və onun əhəmiyyətindən danışılmışdır.
ASK-nın prezidenti Ələkbər Məmmədov sərgidə iştirak edəcək şirkətlər, tədbirin keçirildiyi müddətdə görüləcək işlər, “Azərbaycan-Türkiyə iqtisadi əlaqələri” mövzusunda keçiriləcək konfrans və s. barədə jurnalistlərə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdu ki, sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox Türkiyə və 20-yə yaxın Azərbaycan şirkəti iştirak edəcəkdir.
Sərgi 3 gün davam edəcəkdir.